Hirkan Milli Parkında yanğın – FOTO

Dünən ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyilə söndürülüb.

Ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib.