Gələn il Bakıda yeni metrostansiya açılacaq (AÇIQLAMA)

“2020-ci ildə Bakı Metropoliteninin yeni stansiyasının açılması planlaşdırılır”.

Bu sözləri Qaynarinfo-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi açılacaq yeni stansiyanın yerləşdiyi ərazini də açıqlayıb: “Bu bənövşəyi xəttin 3-cü stansiyasıdır. Ceyhun Səlimov küçəsi, hərbi hospitalın qarşısında yerləşir”.

Bəxtiyar Məmmədov bildirib ki, müəyyən olunmuş tədbirlər planına əsasən Xətai stansiyasında işlər davam etdirilir. Artıq eskalatorlar quraşdırılıb, sazlama, tənzimləmə işləri aparılır.