Nərimanovda aptekdən külli miqdarda pul oğurlayan şəxs tutulub


Median.Az
xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki aptekdən 10480 manat pul oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş V.Səmədov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.