Siyəzəndə “VAZ 2107” yol ayrıcına vurub, sürücü ölüb

Median.Az xəbər verir ki, iyulun 3-də Siyəzən rayonunun Zarat kəndində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini – 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.