Göygöl və Ağdaşda 8 ton çətənə kolları məhv edilib

Median.Az xəbər verir ki, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Topalhəsənli kəndi ərazisində, yabanı halda bitmiş 6 ton 185 kq. olan 2764 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Malay kəndi ərazisində, yabanı halda bitmiş 982 ədəd çətənə kolu aşkar edilib.

Çətənə kolları yandırma yolu ilə məhv edilib.