Binəqədidə 30 yaşlı oğlanı maşın vurub

Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, 1989 təvəllüdlü Məmmədov Cahid Əhməd oğlu yolu keçərkən maşın vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona bədənin yumşaq toxumlarının əzilməsi diaqnozu qoyulub.