Lənkəranda “Mercedes” aşıb : 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Median.Az xəbər verir ki, iyulun 23-ü saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində, Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sərnişin Azadə Məmmədova hadisə yerində ölüb, daha 2 sərnişin xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.