Usta işlədiyi servisdən 34000 manat oğurlayıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservisdən 34000 manat pul oğurlayan, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.