Bakıda səhər saatlarında həyəcanlı anlar – VİDEO

Bakının Nəsimi rayonunda qarajda tüstülənmə olub.

Hadisə səhər saatlarında 1-ci mikrorayon, Asif Məhərrəmov, 20 C ünvanında qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. Yanğının qarşısı saat 08:00-da alınıb.

Tüstülənməyə səbəb qarajdakı elektrik naqillərində nasazlıq olub.

/oxu.az/