Abşeronda evdən oğurluq edən keçmiş məhkum tutulub

Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evdən noutbuk və qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Karev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.