Xətai rayonunda vətəndaşa qarşı quldurluq törədilib

Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Bakı şəhər sakini R.Hüseynovu bıçaqla hədələyib, pulunu və mobil telefonunu alan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Nurullayev saxlanılıb.

Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilıb.

Faktla bağ CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.