Mərkəzi Bank növbəti hərrac keçirib – Manat sabitdir

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Median.Az Trend-ə istinadən bildirir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyulun 30-da keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.