Gürcüstanın Baş naziri istefa verdi – YENİLƏNİB

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.

O, bununla bağlı “Facebook” hesabında məlumat verib:

“Mən istefa vermək qərarına gəldim. Hesab edirəm ki, bu müddət ərzində öz missiyamı yerinə yetirmişəm”.

* * * * *

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin istefa verəcəyi gözlənilir.

M.Baxtadzenin sentyabrın 2-si saat 15:00-da bununla bağlı bəyanat verəcəyi bildirilir.

Qeyri-rəsmi məlumatlara əsasən, ölkənin yeni Baş naziri hazırkı Daxili İşlər naziri Giorgi Qaxaria olacaq.

Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin ediləcək.