Əcnəbinin çantasından oğurluq edən digər əcnəbi saxlanılıb

Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından
580 dollar, 4 ədəd pasport və 3 ədəd doğum haqqında şəhadətnamə oğurlayan digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.