Nişan günü özünü asan qızın nişanlısı danışdı: “Gözümüzü açandan bir yerdəydik” – VİDEO

Qaxda Ağyazı kəndində qeydə alınan intihar hadisəsinin təfərrüatları məlum olub.

“Space”də yayımlanan “Hadisə harada – Tahirə orada” verilişində 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın intiharı müzakirə olunub. Nişanı olacağı gün intihar edən qızın nişanlısı da danışıb. O münasibətlərinin yaxşı olduğunu və qızın niyə belə bir addım atdığını anlamadığını bildirib.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./azxeber.com