Azərbaycanda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb

Samux rayonunda məktəb mühafizəçisi iş yerində ölü tapılıb.

Median.Az-ın “Report”a istinadən məlumatına görə, rayonun Çobanabdallı kənd orta məktəbində mühafizəçi işləyən, 1947-ci il təvəllüdlü Kərəm Rəsul oğlu Əhmədov iş yerində ölü tapılıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.