2 qızını atıb qaçan 23 yaşlı gəlin geri qayıtdı: Canlı yayımda duyğusal anlar – FOTO + VİDEO

Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 23 yaşlı Yeganə Məmmədova dünən “Bizimləsən” verilişinə gəlib. 

Baku.ws-in məlumatına görə, Yeganə Məmmədova canlı yayımda atası görüşərkən göz yaşlarını saxlaya biləyib. 

23 yaşlı Y.Məmmədovanın sözlərinə görə, o, Bakıdakı qohumlarına zəng edərək, paytaxtın 8-ci mikrorayon ərazisində olduğunu deyib. 

Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. 

O, yanvarın 11-də məktub yazaraq, valideynlərinə layiq övlad olmadığını, başqa yerə gedərək intihar edəcəyini bildirmişdi. Onun 5 və 6 yaşlarında iki qızı var.