“Instagram”a istifadəçinin son dəfə daxil olduğu vaxt görünəcək

 “Instagram”da yeni funksiya yaradılıb.

İKT.lent.az-ın “Business Insider” nəşrinə istinadən məlumatına görə, bu funksiya istifadəçinin əlavəyə sonuncu dəfə nə zaman daxil olduğunu göstərəcək.

Sonuncu daxil olma zamanı hamıya deyil, ancaq o şəxslərə göstəriləcək ki, istifadəçi şəxsi yazışma bölməsində yazışma aparıb.

Qeyd edilir ki, bu funksiyanı “Seçimlər” bölməsində asanlıqla söndürmək mümkün olacaq.