Könül Xasıyeva həkiminə dediyi sözlərlə canlı efirdə hamını güldürdü (VİDEO)

“Müalicədən sonra özümü yaxşı hiss edirəm, Həkim deyib ki, stressdən uzaq olmaq lazımdır”. 

Baku.ws-in məlumatına görə, bunu milyonların sevimlisi Könül Xasıyeva ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində deyib. 

O bildirib ki, müayinə zamanı ürəyində də problem aşkarlanıb. 

“Lakin inanıram ki, inşallah hər şey yaxşı olacaq”, – deyən xalq artisti insanların əhvalını qaldırmaq həkimi ilə öz arasında baş tutan dialoqdan danışıb. 

Könül Xasıyeva həkimi ilə nədən söhbət etdiklərini danışması hər kəsin gülüşünə səbəb olub.