Bakıdan “Şahdağ”a dəmir yolu xətii çəkiləcək

Bakıdan “Şahdağ”a dəmir yolunun layihələndirilməsinə başlanılıb.

Median.Az-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu “Azərbaycan dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransında deyib.

“Azərbaycan dəmir yolları” QSC Bakı ilə “Şahdağ” dağ-xizək kurortunu əlaqələndirəcək dəmir yolunun layihələndirilməsi işinə başlayıb”, – deyə Cavid Qurbanov bildirib.