Azərbaycanda gözlənilməz istefa – Nazirlikdən RƏSMİ AÇIQLAMA

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Median.Az xəbər verir ki, bu barədə APA-ya Leyla Seyidbəyova özü bildirib.

O, işdən öz ərizəsi ilə çıxdığını deyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, L. Seyidbəyova 7 saylı Doğum Evinin baş həkimi vəzifəsinə təyin olunub.

O, yeni vəzifəyə Bakı Baş Səhiyyə İdarəsinin əmri əsasında təyin edilib.