FHN-dən restoranın borusuna düşənlə bağlı açıqlama – VIDEO

Fövqəladə Hallar Nazirliyi oğlu “Alov” restoranının havalandırma sisteminin borusuna düşən şəxslə bağlı məlumat yayıb.

Median.Az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu “Alov” restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarmış və adiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, zərərçəkən xilasetmə zamanı açıqlamasında onu öldürmək məqsədi ilə gecədən ora atdıqlarını qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *