Bakı metrosunda nasazlıq: Qatarlar ləngidi

Bu gün səhər saatlarında metronun “Nəriman Nərimanov” stansiyasında problem yaranıb.

Bu barədə oxu.az-a “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib:

“Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.