Cəlilabadlı gəncin ölümcül döyülməsi xəbərinə rəsmi reaksiya – DİN-dən açıqlama

Cəlilabadda bir gəncin ölümcül döyülməsi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Bizim Yol-un verdiyi xəbərə görə həmin gənci döyənlərin Rayon yanğından Mühafizə xidmətinin rəisi və polis kapitanı olduğu deyilirdi. DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupunun baş inspektoru, polis leytenantı Məhəmməd Rzayevin Bizim Yol-a verdiyi məlumata görə, yazıda deyilənlər əslində həqiqəti əks etdirmir: “Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil onun qardaşı olub. Məsələ ilə bağlı hal-hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *