Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 107 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *