Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər saxlanılıb.

Qohumları saxlanılan şəxsin narkotik vasitələrlə əlaqəsinin olmasını istisna edirlər. Saxlanılan şəxsin səhhətində problemlərin olduğu bildirilir.