Şərqi Qutada növbəti hədəf bazar olub — Bombardmanda 61 nəfər ölüb

Şərqi Qutanın Kefer Batna rayonunda Bəşər Əsəd rejimi və dəstəkçilərinin bazarı bombalaması nəticəsində 61 insan həlak olub.

Median.az-ın xəbərinə görə, bölgədəki Mülki Müdafiə (Ağ Beretlilər) nümayəndələri bildirib ki, rejim qüvvələri və Rusiya BMT Təhlükəsizlik Komitəsinin qərarına baxmayaraq Şərqi Qutaya hücumları dayandırmırlar.

Bazarın bombalanması zamanı yüzdən çox insan yaralanıb. Bombardmanın uzun müddət davam etməsi cəsədləri toplamağa və yaralıları tapmağa imkan verməyib.