Killerlər azərbaycanlı biznesmenin “Range Rover”ini gülləboran etdilər

Martın 22-də Moskvada azərbaycanlı iş adamına sui-qəsd olub.

Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, cinayətkarlar Moskva Dairəvi Avtomobil Yolunda Range Rover-də olan biznesmenə hücum ediblər.

Güllələrdən bir iş adamının ayağına dəyib.

Bildirilir ki, yaralı şəxs özü xəstəxanaya gedib.

Faktla bağlı araşdırma aparılır./oxu.az