Bakıda 54 yaşlı kişi evdə diri-diri yanıb

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə bir ədəd çarpayı və iki ədəd televizor yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.