Döyülən “təcili yardım” əməkdaşları danışdı: “Yoldaşı ayağına düşüb yalvardı” — VİDEO

Cəlilabadın Astanabad kəndində çağırışa gedən təcili tibbi yardım maşınının həkim və sürücüsü döyülüb.

ARB TV xəbər verir ki, hadisə bu gün gecə saat 00:30 radələrində şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. Həkim İbadət Ağayev, köməkçi həkim Sadıqov Ruslan və sürücü Babayev Muxtar çağırışçı Ərəstun Məmmədov tərəfindən döyülüb.

Muxtar Babayev (sürücü): “Çağırış yerinə çatdıqda bizi söyməyə başladı. Daha lazım olmadığını bildirdi. Biz də çıxanda maşını daşla vurdu. Bıçaqla bizi hədələdi. Yoldaşı ayağına düşüb yalvardı”.

Faktla bağlı araşdırma aparılır.