Salyanın “Şirvan” milli parkının əməkdaşı güllələnib

Salyan rayonunda silahlı insident baş verib.

Dünən axşam saatlarında “Şirvan” milli parkının əməkdaşı, 1961-ci il təvəllüdlü rayon sakini Xalıqov İltifat Şirəli oğlu güllə yarası alıb.

Güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
/report.az