Xaçmazda yaşayış evi uçdu

Xaçmazda yaşayış evi çöküb.

Median.Az APA-ya istinadən bildirir ki, hadisə Köhnə Xaçmaz kəndində qeydə alınıb. Kənd sakini Zemfira Xəlilovaya məxsus evin çökməsi nəticəsində xəsarət alan olmayıb, səbəblər araşdırılır.