Əfqanıstanda bazarda partlayış – Ölən və yaralananlar var

Əfqanıstanın Calelabad şəhərində bazarda partlayış olub.

Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı bir nəfərin öldüyü bildirilir. Daha 3 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, partlayıcı qurğu bazar ərazisindəki tibb məntəqəsində işə düşüb.

İnsidentin təfərrüatları araşdırılır. Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.