“Manana 20 ildir Bakıdadır, Azərbaycan dilində danışa bilmir” – VİDEO

ARB TV-nin “Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də müğənni Kərim Abbasov olub.

Efirdə onunla birgə proqrama qatılan, sosial şəbəkələrdə məşhurlaşan əcnəbi xanım Martanın Azərbaycan dilində çox gözəl danışmasına təəccüblənib.

Aparıcıların, “Nə qədər vaxta Azərbaycan dilində bu cür danışa bildiniz?” sualına, məşhur xanım “6-7 ay deyərək cavab verib”.

Daha sonra Kərim, əcnəbi qonağın Azərbaycan dilində çox gözəl danışmasına təəccübləndiyini bildirərək, onu alqışlayıb:

“Vallah halaldır. Manana 20 ildir ki Bakıdadır, Azərbaycan dilində danışa bilmir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *