İstanbulda sərnişin avtobusu atışmanın ortasında qaldı – Ölən və yaralılar var + Video

İstanbulun Bağcılar səmtində avtodayanacaqda atışma baş verib.

Median.Az İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb.

Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.

Görüntüləri təqdim edirik: