Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.