Borcu olan şəkili dəhşətli üsula əl atdı

Hazırda faktlar bağlı araşdırma aparılır

Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl Gülməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Kənd sakinlərinin sözlərinə görə, 50 yaşlı mərhumun külli miqdarda borcu olub. Hazırda faktlar bağlı araşdırma aparılır./sputnik.az