Bakıda zavodda dəhşətli yanğın – VİDEO

Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən zavodda yanğın başlayıb.

Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi binasının arxasında yerləşən zavod boya zavodudur. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hadisənin detalları barədə yaxın saatlarda ətrfalı məlumat veriləcək.