Bakıda “Taxta bazarı” yanır – VİDEO (YENİLƏNİB)

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

“Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb”, – deyə Ş.İbadov vurğulayıb.

* * * * *

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: “Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək”.

* * * * *

Son məlumata görə, yanan Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyüdür.

Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *