Könül Xasıyeva əməliyyat olunacaq – VİDEO

Xalq artisti Könül Xasıyeva əməliyyat olunacaq.

Müğənni bu barədə “Xəzər maqazin”ə açıqlamasında deyib.

Uzun müddətdir səhhətində yenidən problem yaranan ifaçı övladının da sağlamlığında problemlər olduğunu söyləyib:

“Xəstəlik pis şeydir, Allah heç kimə göstərməsin. Həmişə el içində olan adam üçün indi həyat darıxdırıcıdır. Əvvəl şəkərim yox idi, indi onu da tapdım. Həm də astmadan əziyyət çəkirəm.

Tək arzum övladım Kazımın toyunu görməkdir. Qarşıda iki əməliyyatım var. Bu yaxınlarda olacaq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *