İranlı qadınlar 40 il sonra ilk dəfə stadionda

İran vətəndaşı olan qadınlar 1979-cu ildən bəri ilk dəfə futbol qarşılaşmasını izləyiblər.

Bu barədə “Al-Ahram” məlumat yayıb.

Onlar kişilərlə birlikdə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan İspaniya – İran oyununa Tehranın “Azadi” stadionundan tamaşa ediblər. Arenaya giriş üçün biletlər iki avroya olub və qarşılaşmanı 10 min insan izləyib.

Məlumata görə, futbol qarşılaşmalarının yayımı iyunun 15-dən başlanıb. O zaman qadınlar stadiona buraxılmayıb və qarşılaşmanı kinoteatrlardan izləyiblər.