Gəncənin icra başçısına silahlı hücum

Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.