Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb. 

Median.Az nazirliyin saytına istinadən bildirir ki, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
 
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
 
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
* * * * *
 
Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib. 

 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər. 
 
Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.  

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *