Azərbaycanda İdarə rəisi işdən çıxarıldı

Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Şahbaz Əliş oğlu Mehdiyev tutduğu vəzifədən azad edilib.

Median.Az APA-ya istinadən xəbər verir ki, Ş.Mehdiyev öz ərizəsi ilə işdən ayrılmaq qərarına gəlib.

Kənd Təsərrüfatı Nazirliyindən APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Şahbaz Mehdiyev işdən öz ərizəsinə əsasən gedib: “Hələlik onun yerinə təyinat yoxdur”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *