Şirvanda toyda qətl törədən şəxs Mingəçevirdə tutulub.

Median.Az xəbər verir ki, iyulun 9-da Şirvan şəhərindəki şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayon sakini Azər Əliyev (1978-ci il təv.) dava zamanı döş qəfəsindən bıçaqlanıb, o xəstəxanaya çatdırılsa da orada kəskin qanitirmədən keçinib. Araşdırmaya başlayan ŞPİ və prokurorluğunun əməkdaşları şahidlərin sözlərindən, həmçinin saraydakı kameraların görüntülərindən müəyyən ediblər ki, cinayəti Ağdam rayon sakini Fuad Əsgərov (1990-cı il təv.) törədib.

Ötən gün daxil olan əməliyyat məlumatı əsasında şübhəli şəxsin Mingəçevir şəhərində olması məlum olub. Keçirilmiş tədbir nəticəsində o tutulub və istintaqa təqdim edilib.

Xatırladaq ki, Şirvan şəhər prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *