Son beş ildə əcnəbilərə 27 uşaq verilib

Son beş ildə Azərbaycanda əcnəbilərin övladlığa götürdüyü uşaqların sayı açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin sektor müdiri Vəfa Ələkbərova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2014-2018-ci il üzrə 27 uşaq ölkələrarası övladlığa götürülüb.

Vəfa Ələkbərova qeyd edib ki, Komitəyə müraciət edən, övladlığa uşaq götürmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər müxtəlif ölkələrdəndir:

“Uşaqlar ABŞ, İngiltərə, Almaniya, Türkiyə, Gürcüstan və sairə ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülüb”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *