Sabirabadda taksi sürücüsü sərnişinin pulunu oğurlayıb

Median.Az xəbər verir ki, Sabirabad rayon sakini V.Mehdiyev RPŞ-nə müraciət edərək, iyulun 8-də cibində olan 2300 manat pulun sərnişin qismində taksi kimi fəaliyyət göstərən “VAZ 21063” markalı avtomobildə düşürdüyünü və həmin məbləğin sürücü tərəfindən oğurlandığını bildirib.

RPŞ-nin əməkdaşları bununla əlaqədar avtomobilin sürücüsü, şəhər sakini Samir Cəfərovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *