Zərdabda avtoqəza zamanı sürücü qadın uşağını itirib

Median.Az xəbər verir ki, Zərdab rayonunun Körpükənd ərazisində Ağdaş rayon sakini Rəna Birgül idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və 2 sərnişin müxtəlif xəsarətlər alaraq Mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq sürücünün qızı Məryəm orada keçinib.

Zərdab RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *