Bakı-Sumqayıt-Xırdalan yolundan istifadə edənlərə VACİB XƏBƏR

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissədə təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *