Cəlilabad rayonunda “QAZel” aşıb, sürücü ölüb

Median.Az xəbər verir ki, Cəlilabad rayonunun Məşədilər kəndində “QAZel” markakı avtomaşın dərəyə aşıb.

Nəticədə xəsarət alan sürücü Məhəmməd Nuriyev Mərkəzi rayon xəstəxanasında keçinib.

Cəlilabad RPŞ-də faktla bağlı araşdırma aparılır.